Şəhidə həsr edilmiş film nümayiş olundu

11 oktyabr 2018-ci ildə “Zəkalar” liseyinin akt zalında Xətai rayon YAP-sının Qadınlar Şurasının xətti ilə vətənpərvərlik hislərinin gücləndirilməsi   məqsədilə şəhidlərimizə həsr olunan filmin nümayişi baş tutdu. Film Xətai rayon sakini olan aprel döyüşləri şəhidi Orucov Müşfiqə həsr olunmuşdu. Tədbirdə şəhidin yaxın ailə üzvləri, Qadınlar Şurasının üzvləri, bələdiyyə üzvləri, liseyin bir qrup müəllim və şagird heyəti iştirak edirdi. Tədbirdə liseyin direktoru Xətai rayon YAP-sının Qadınlar Şurasının sədri Aygün Əhmədli çıxış etdi, belə tədbirlərin keçirilməsi şəhidlərin unudulmamasına, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə, həmçinin şəhid ailəsinə dəstək məqsədi daşıdığını qeyd etdi. M.Orucovun ailə üzvləri də çıxış edərək gələcəyimiz olan şagirdlərdə vətənpərvərliyin yüksəldilməsinin vacibliyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi