20 yanvar Azərbaycan xalqının qan yaddaşına yazıldı

Bu gün "Zəkalar" liseyində 20 Yanvar faciəsinin ildönümü anıldı. Bütün siniflərdə birinci dərslər həmin qanlı gecəni, vətən uğrunda düşmənin yolunu əliyalın kəsən igidlərimizi, şəhidlərimizi anmağa həsr olunmuşdu. Bundan başqa, məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət stend hazırlanmışdı. Liseyin akt zalında anım günü ilə bağlı tədbir keçirildi. Ədəbiyyat müəllimləri Əliyeva Könül və Abdulova Sonanın 7-ci və 5-ci sinif şagirdləri tərəfindən şeirlər, musiqilər, mövzunu özündə əks etdirən səhnəciklər təqdim edildi. Xatirə lövhəsinin önünə qərənfillər düzüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi