Bilik günü qeyd edildi

15 sentyabr 2018-ci il bütün respublikada olduğu kimi liseyimizdə də təntənə ilə qeyd edildi. Bilik gününə həsr olunmuş tədbirdə liseyin kollektivi, şagirdlər, valideynlər və qonaqlar liseyin həyətinə toplanmışdı. Yeni tədris ilinin ilk gününün gətirdiyi həyəcan və sevinc  hər kəsin üzündən oxunurdu. Dövlət himninin oxunması ilə başlanan tədbiri liseyin direktoru açıq elan etdi. Tədbir iştirakçılarını salamlayan Aygün Əhmədli bayram münasibətilə hər kəsi təbrik etdi. Liseyin ötən tədris ilində qazandığı uğurları qürur hissi ilə sadalayan lisey rəhbəri bu il ilki şagirdlərə də yeni nailiyyətlər arzuladı. Xətai İH-nin  başçısının müavini  Ə.Etibar və Ə.Oruc çıxış edərək liseyə yeni  uğurlar arzuladılar. Liseyin şagirdlərinin ifasında maraqlı rəqslər, mahnılar, birincilərin ifasında səslənən şeirlər tədbiri rəngarəng və yaddaqalan etdi. Bu il  600-dən yuxarı bal toplayaraq tələbə adı qazanan məzunlarımız tədbirdə iştrak edirdilər. Çıxış edən birinci kurs tələbələrimiz bu ilki şagirdləri, ilk dəfə sinif otaqlarına qədəm qoyacaq  birinciləri onların şərəfli davamçıları olmağa səslədilər.  

Tədbirin sonunda liseyin birinci sinif şagirdi balaca Selcan yeni dərs ilinin ilk zəngini çaldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi