Son zəng- 2018

14 iyun 2018-ci ildə "Zəkalar"  liseyində  son zəng çalındı. 11 il doğma məktəbdə təhsil alan şagirdlər son dəfə şagird olaraq bir yerə toplandılar. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Məzunlar sinif rəhbərləri ilə birgə  həyətə dəvət edildikdən sonra liseyin direktoru Aygün Əhmədli çıxış etdi. Çıxış zamanı dərs ilinin uğurlarından bəhs edən direktor, məzunları təbrik etmək üçün Xətai rayon İH-nin başçısının müavini Etibar Əhmədov və BSTİ-nin İnformasiya Təminatı Sektorunun müdiri  İlhamə Əliyevaya verildi. Daha sonra dərs ili boyunca xüsusi nailiyyətləri olan müəllimlər və 11-ci sinif şagirdlərinə fəxri fərmanlar təqdim edildi.

Liseyin şagirdləri və məzunlar maraqlı rəqs nömrələri və mahnılar ifa etdilər.  Müxtəlif olimpiadalarda qalib kürsüsünə yüksələn 11-ci sinif şagirdləri Mehdi Quluzadə və Aytəkin Paşayeva  liseyin simvolik açarını özlərindən sonra bu adı fəxrlə daşıyacaq olan 10-cular Cəbrayıllı Pərvin və Yusifzadə Aidəyə təqdim etdilər.

Tədbirin sonunda son zəng çalındı...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi