Yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrinin qalibləri təltif olunub.

Mərasimdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və qalib komandalar iştirak ediblər.

Minlərlə şagird arasında liseyimizin iki komandası da müsabiqələrə qoşulub. Final mərhələsinin nəticələrinə görə hər iki komanda qaliblər sırasına qatılıb. Belə ki, gənc fiziklərin yaradıcılıq müsabiqəsində XI sinif şagirdi Yusifova Nazənin, X sinif şagirdi Əhmədov Kənan, IX sinif şagirdi Baxşılı Aytacdan ibarət komandamız birinci yerin, gənc bioloqların yaradıcılıq müsabiqəsində isə X sinif şagirdləri Əlibəyli Hüseyn və Cəbrayıllı Pərvin, IX sinif şagirdi Babayeva Nigardan ibarət komanda  ikinci yerin sahibi olub. Komadaların hazırlanmasında liseyin fizika müəllimi B.Gülçın və biologiya müəllimi A.Zəminə iştirak ediblər. Qaliblərimiz  BŞTİ tərəfindən diplom və hədiyyələrə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi