“Təhsil sosial mediada” layihəsi

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Təhsil sosial mediada” layihəsi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Təhsil sahəsində aparılan yeniliklərdən danışan nazir müavini iştirakçılara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Liseyimizin direktor müavini Leyla Məcidova da layihədə səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi