Şagirdimiz Məktəblilərarası II Robot Olimpiadası qalibi oldu

İyunun 6-sında Məktəblilərarası II Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir. Məktəblilərarası II Robot Olimpiadası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İSTƏK liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA), “Microsoft Azərbaycan” şirkəti, First Global, STEP Kiçik Kompüter Akademiyası və Mars Academi`nin tərəfdaşlığı ilə həyata keçirilib.

4 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” və “Drone Racing” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə  çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, STEP Kiçik Kompüter Akademiyası və İSTƏK liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.Tədbirdə  qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Liseyimizin 11d sinif şagirdi Mustafzadə İlknur “Drone Racing” kateqoriyasında 20-dən çox məktəbin şagirdi arasında yarışmaya qatılıb və 3-cü yerin sahibi olub.  Bu İlknurun yarada bildiyi ilk yenilik uğuru deyil. Belə ki, öz otağında "smart home"  sistemi qurub. Ev əşyalarını- işıq, jalüz, kondisioner və s. avadanlıqları telefon və səslə idarə etmə sistemini quraraq çalışdırıb.

Qəbul imtahanında yüksək bal toplayan İlknur kompüter mühəndisi olmaq arzusunu reallaşdırmaq üzrədir. Xarici ölkələrə də imtahan verən istedadlı şagirdimiz bugünlərdə Praqa şəhərində yerləşən "Charles" Universitetindən qəbul cavabı alıb. Hal- hazırda bir neçə başqa ölkədən də qəbul üçün cavab gözləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi