Uşaqlar sevinsin həmişə

Liseyin 1a sinifi maraqlı bir tədbirlə çıxış etdi. Sinif rəhbəri N.Sevincin hazırladığı  maraqlı ssenarinin əsas xəttini keçmiş zamanlarda yaşamış uşaqlarla müasir Azərbaycanda yaşayan uşaqların hüquqlarının müdafiəsi məsələsi təşkil edirdi. Sehirli xalat geyərək zamanda səyahət edən iki şagird  müxtəlif dövrlərdə  uşaqların hüquq və vəzifələri ilə tanış olur, həmin zamanda  təhsilin səviyyəsi, müxtəlif xalqların  mədəniyyəti barədə məlumat alırlar. Səyahətin sonunda günümüzə gəlib çıxan səyyahlar liseyimizdə Uşaqların Müdafiəsi Gününə təsadüf edən bayram şənliyinə qatılırlar. Maraqlı səhnəciklər, rəqslər balacalar tərəfindən məharətlə ifa edildi. Sonda dünyaya sülh mesajı olaraq müxtlif dillərdə "Uşaqlar sevinsin həmişə"  ifadəsi səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi