Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

31 may 2018-ci il tarixində liseyimizdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi. Liseyin həyətində təşkil edilmiş konsert-tədbir liseyin musiqi müəllimi Manafova Aynurə tərəfindən hazırlanmışdı. Tədbir Azərbaycanın dövlət himni ilə başlandı. Daha sonra aparıcılar günün əhəmiyyətini vurğulayan çıxış etdilər. Liseyimizin istedadlı şagirdləri müxtəlif ölkələrin milli adət-ənənələrini əks etdirən rəqslər, mahnılar, şeirlər təqdim etdilər. Sona doğru Azərbaycan milli rəqsləri ifa edildi. Tədbirin bədii hissəsi yallı ilə başa çatdı.

Sonda liseyimizin direktoru Aygün Əhmədli çıxış etdi. Şagirdləri bayram münasibətilə təbrik edən direktor, istedadlı balaların  gündən-günə çiçəklənən ölkəmizin uğurlarına uğur qatacağına əminliyini ifadə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi