Müəllim və şagirdlərimiz "English Club" layihəsinin iştirakçıları oldular

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya hökümətinin dəstəyi ilə  British Council tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkaran ərazisində yerləşən məktəblərdə İngilis dili mərkəzləri təsis edilmişdir. Hər bir mərkəzin daxilində geniş resurs imkanlarından yararlanmaq məqsədilə müəllim və şagirdlərə çoxsaylı kitab və metodik vəsaitlərdən sərbəst istifadə etmək imkanı verilmişdir. Yanvar- mart ayları ərzində bu mərkəzlərdə təşkil olunmuş təlimlərə yaxın məktəblərin ingilis dili müəllimləri cəlb olunmuşdur. Adı çəkilən layihə çərçivəsində liseyimizin ingilis dili müəllimi ,layihənin  təlimçisi
Fatimə Süleymanova müəllimlərə təlim keçmişdir. Bu təlimlərə liseyimizin müəllimləri də cəlb olunmuş və sonra hər bir müəllim fəal iştirakına görə
sertifikatlara layiq görülmüşdür.
“English Club” layihəsi çərçivəsində mərhələli imtahandan keçərək Mart ayında  liseyimizin ingilis dili müəllimi İbrahimova Nigar və İslamova Könül
Şotlandiyanın Edinburg Kollecində 1 həftəlik beynəlxalq təlimə qatılmış və təlimi  müvəffəqiyyətlə başa vurmuşlar. Müəllimlərimiz hazırda İngilis dili mərkəzində  ictimai əsaslarla şagirdlərə İngilis dili tədris edirlər. Orta məktəb şagirdlərinin ingilis dili marağını artırmaq və onların ünsiyyət
qabiliyyətini inkişaf etdirmək məqdəsilə mərkəzlərdə şagirdləri üçün kurslar da təşkil olunmuşdur. Liseyimizin şagirdləri bu kurslarda fəallıq göstərmişlər. Onlardan Şükürov Rəşid, Əhmədov Aydın, Əliyeva Ayan və Əliyeva Fidan da orta  məktəb şagirdləri üçün nəzərdə tutulan kurslarda uğurla iştirak etmiş və
sertifikatlar almışdırlar.
Eyni layihə çərçivəsində Novruz Bayramına həsr olunmuş inşa müsabiqəsində  liseyimizin 8b sinif şagirdi Quluzadə Kənan da fərqlənmiş və British Council
tərəfindən mükafata layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi