Kenquru müsabiqəsinin iştirakçılarına sertifikatlar verildi

Bakı məktəbliləri üçün ilk dəfə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiridi. Bu il üçün pilot olaraq keçirilməsi nəzərdə tutulan KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.

Liseyimizin şagirdləri də bu müsabiqədə həvəslə iştirak etdilər. 3 şagirdimiz yüksək bal toplayaraq xüsusilə fərqləndilər, qalan bütün şagirdlər də sertifikatla mükafatlandırıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi