"Alp Logo 2018" yarışmasının qalibləri mükafatlandırıldı

20 may 2018-ci il tarixdə Bakı Modern Təhsil Kompleksində informatika fənni üzrə keçirilmiş 3 yarışın - "ALPLogo proqramlaşdırma olimpiadası, "SketchUp proqramında ən yaxşı üçölçülü modelin hazırlanması" və proqramlaşdırma üzrə komanda yarışı - mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə şagirdlər, onların müəllimləri, valideynləri, hörməti qonaqlar iştirak etmişdir.

Liseyimizin iki şagirdi də mükafatlanan şagirdlər arasında idi. Liseyimizin informatika müəllimi İ.Zibərin  şagirdləri olan Məmmədov Ayxan 6-cı siniflər səviyyəsində birinci yerin, Haşımlı Zeynəb isə 7-ci sinif səviyyəsində üçüncü yerin sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi