Şərqdə doğan günəş

Liseyimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Tədbir liseyin akt zalında keçirildi.  Liseyin  ibtidai sinif müəllimi Nəbiyeva Rüxsarə  və rəhbərlik etdiyi 4c sinif şagirdləri ilə birgə hazırlanmış   tədbirdə şagirdlər öhdələrinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdilər.  Tədbirin sonunda çıxış edən Rüxsarə müəllimə bunları dedi:"Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dövlətçiliyimizin əsasının qoyulduğu 1918-ci il 28 may və 2018-ci 28 may... Bu gün şagirdlərimlə birgə 100 il əvvəl milləti, vətəni üçün canlarını ortaya qoymuş, milli ideyalara vicdanla xidmət etmiş cümhuriyyət qurucularının, bu ölməz və nadir şəxsiyyətlərin qarşısında yanğını söndürmək üçün dimdiyində bir damla su gətirən quş misalı vətəndaşlıq, vicdan borcumuzu yerinə yetirməyə çalışdıq. Nədən quş misalı? Yolunda canlarından keçdikləri vətən torpağında əbədiyyətə qovuşmaq belə nəsibləri olmayan azadlıq pərvanələrinin- bu nəhəng şəxsiyyətlərin bizə necə böyük və tükənməz irs qoyub getdiklərini kiçikdən böyüyə hər kəs layiqincə dərk etməsə, bu borc yerinə yetirilmiş sayıla bilməz. "

"Şərqdə doğan günəş" adlı tədbirin qayəsi və məqsədi məhz bu dərketməyə yönəlmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi