III Ekoloji Forumu keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə”- “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dəstəyi ilə universitetin akt zalında keçirilmiş forumda Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 2000 “Ekoklub” üzvü arasından seçilmiş 400 məktəbli iştirak edib.“Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumun əsas məqsədi gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub. Forum çərçivəsində “Ekoklub” liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flashmob təşkil olunub. Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il “Ekoklub” üzvlərinin ekoloji forumları keçirilir. "Zəkalar" liseyinin adından Eko klubun lideri Yusifzadə Əli Elxan oğlu   çıxış  edərək il ərzində gördükləri işlər, yiyələndikləri yeni biliklər və bu klubun müsbət cəhətləri haqda fikirlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi