"Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi”nə həsr olunmuş tədbir

07.05.2018-ci il tarixində Türkiyə Cumhuriyyətinin Kampus Okullarının yaradıcılarından olan Ender Portakal,  Ahmet Yağlı, və Türkiyənin Tarsus şəhərinin bələdiyyə və təhsil  nümayəndələri Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycana təşrif buyurdular. Bu tədbirlər çərçivəsində onlar Xətai rayonu 287 nömrəli Zəkalar liseyində Azərbaycan dövlətinin qurucusu və memarı, ümumilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirə Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə dəvət olundular.  Qonaqları bir qrup müəllim və şagird heyəti  liseyin həyətində qarşıladı.

Türkiyə Cumhuriyyətinin Kampus Okullarının yaradıcılarından olan Ender Portakal,  Ahmet Yağlı, Tarsus şəhərinin bələdiyyə və təhsil  nümayəndələri ilə yanaşı, Xətai rayon İcra Başçısının müavini Abdıyeva Jalə və başqa rəsmilərin də iştirak etdiyi  tədbir yüksək qiymətləndirildi və təhsildə Türk birliyinin möhtəşəm təbliği alqışlandı.   Türkiyə-Azərbaycan dostluğunun  Respublikamızda yüksək səviyyədə qorunub saxlanılması məktəbimizin direktoru Aygün Əhmədli tərəfindən  vurğulandı. Qonaqlar  Türkiyə-Azərbaycan təhsilində qabaqcıl məktəblər olan Kampus və Zəkalar liseyini “Qardaşlaşmış okullar” adlandırıldılar.

Kampus okulunun Riyaziyyat müəllimi Ahmet Yağlı və liseyimizin Əməkdar müəllimi Sabir Məmmədov XI sinifdə Riyaziyyat dərsində fənn müəllimi Səxavət Məmmədovun “İnteqral” mövzusunda keçdiyi dərsdə iştirak etdilər. Müəllimin dərsi Azərbaycan və ingilis dilində yüksək səviyyədə keçməsi, şagirdlərin olduqca fəal və məntiqi dünyagörüşünə sahib olması qonağımızın böyük marağına səbəb oldu. Dərsin gedişindən razılığını ifadə etmək məqsədilə qonağımız Ahmet Yağlı dərsə qoşularaq şagirdlərlə birlikdə lövhədə fikir mübadiləsi apardı.

Liseyimizdən böyük təəssürat və xoş niyətlərlə ayrılan qonaqlarımız öz  tarixini unutmayan, Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevi  daim qəlblərində yaşadan, əsl vətənpərvər şagirdlərimizə dəfələrlə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi