Heydər Əliyevin - 95

04 may 2018-ci il tarixində YAP-sının Xətai rayon Qadınlar Şurasının növbəti tədbiri təşkil olundu.  Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir   YAP-sının Xətai rayon Qadınlar Şurasının sədri Aygün Əhmədlinin rəhbərlik etdiyi 287 №li Zəkalar liseyinin akt zalında təşkil edilmişdi. Tədbirdə şuranın heyət üzvləri, liseyin müəllimləri, şagirdlər iştirak edirdilər. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi  S.Nərminənin ssenarisi əsasında hazırlanmış bədii hissə himnin oxunuşundan sonra  başlandı. Liseyin 6b, 7a, 8c sinif şagirdlərinin ifasında Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" əsərindən hissələr, dahi rəhbərin həyatının müxtəlif məqamlarından bəhs edən səhnəciklər,  maraqlı videoçarxlar, mahnılar, rəqslər təqdim edildi. Sonda liseyin direktoru Aygün Əhmədli çıxış edərək, Heydər Əliyevin vətən üçün dəyərindən, dahi insanın ömür-gün yoldaşı Zərifə Əliyevanın həyatından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi