Liseyimizdə oxu həftəsi

Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Dilimiz mükəmməlliyi, quruluşu etibarilə digər dillərdən fərqlənir.  Nitqin düzgünlüyünü təmin etmək, onun saflığını qorumaq, zənginləşdirmək naminə şagirdlərdə oxu mədəniyyətini formalaşdırmaq  müəllimlərin üzərinə düşür.

20.04.2018-ci il tarixində liseyimizdə keçirilən tədbir də şagirdlərdə oxu, mütaliə vərdişlərini formalaşdırmaq, dilin imkanlarından səmərəli istifadə qabiliyyətlərini meydana çıxarmaq məqsədi daşıyırdı. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimlləri İ.Günay və A.Sonanın rəhbərliyi ilə 7-11-ci sinif şagirdlərinin ifasında Azərbaycanın dahi ədiblərinin əsərlərindən fraqmentlər səhnələşdirilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi