Xeyriyyə aksiyası

Liseyimizin  8e sinif şagirdləri maraqlı layihəyə imza atıblar. Onlar valideynləri və müəllimləri ilə birgə Qadın və Uşaq Sığınacağının sakinlərinə dəstək olublar. Bu məqsədlə şagirdlər geyimlər, bədii kitablar, bəzək əşyaları, məktəb ləvazimatlarını sığınacağın sakinləri ilə bölüşüblər.

Valideynlər tərəfindən təşkil olunmuş bağlamaları,ərzaqları sinif rəhbəri Əliyeva  Könül və bir qrup valideyn sığınacağa aparıb. Sakinlərlə görüşüb, vəziyyətləri ilə tanış olublar. Müəllimlərin fikrincə,  belə layihələr vasitəsilə şagirdlər paylaşmağı, həm də mərhəmətli olmağı öyrənirlər. Şagirdlər hər il bu cür layihələr keçirməyi planlaşdırırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi