Dünya hələ bizim üçün nağıldır

1b sinif şagirdlərinin çoxdan gözlədikləri "Dünya hələ bizim üçün nağıldır" adlı tədbir, nəhayət ki, 14 apreldə baş tutdu. Tədbirin təşkilatçısı liseyimizin ibtidai sinif müəllimi Bəyim Hüseynova idi. Bir-birindən maraqlı və rəngarəng çıxışlarla zəngin olan bu hesabat xarakterli tədbirin əsasını Abdulla Şaiqin "Gözəl Bahar" mənzum pyesi  təşkil edirdi. Birincilər bəstəkar N.Mirməmmədlinin, S.Fərziyevanın mahnılarını, milli rəqslərimizi məharətlə nümayiş etdirdilər. 1b sinif şagirdlərinin ifasında ingilis dilində  səslənəndirilən mahnı onların doğma dilimizi sevməklə bərabər, xarici dili də öyrənməyə böyük həvəsi olduğunu sübut etdi.

Aydın nitq, gözəl və düzgün tələffüz, balacaların bədii ifadə vasitələrindən yerli-yerində istifadə etməsi pyesi daha maraqlı və baxımlı etdi. Tədbirin keçirilməsində məqsəd  şagirdlərdə təhsilin hələ ilk pilləsindən başlayaraq şifahi nitqi, nitq mədəniyyətini inkişaf etdirmək, dostluq və yoldaşlıq hislərini tərbiyə etmək idi. Bu yolda atılan ilk addım uğurlu oldu.

Əziz 1b sinif şagirdləri! Bu münasibətlə sizi təbrik edirik! Elm və təhsil yollarınız işıqlı, bu yolda addımlayan qədəmləriniz möhkəm olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi