Məntiq olimpiadası

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası  Məntiq Olimpiadası”nın ilk mərhələsi başa çatıb. Ənənəvi olaraq hər il keçirilən olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri iştirak edib.

Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin  formalaşmasına,  diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub. Liseyimizin şagirdlərinin də olimiadaya marağı böyük idi. Şagirdlər 90 dəqiqə ərzində 25 sualı cavablandırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi