Təbiətisevənlərin növbəti layihəsi

Azərbaycanlı tələbələr son illər  bir çox beynəlxalq layihələrin üzvü və fəal iştirakçılarıdırlar. Sevindirici haldır ki, liseyimizin məzunları da onların sıralarındadır. Belə ki, bu dərs ili əzrində liseyin bir neçə məzunu müxtələlif layihələrlə təhsillərini Avropa universitetlərində davam etdirirlər. Bir neçəsi isə beynəlxalq təşkilatların aktiv üzvləridir. Bunlardan biri də dünyanın 32 inkişaf etmiş ölkəsinin qoşulduğu “Enactus” beynəlxalq proqramıdır. Aprelin 12-si İqtisad Universitetinin tələbələri liseyin 5b sinif şagirdləri ilə birgə maraqlı bir aksiya keçirdilər. Liseyin ətraf ərazilərindən boş su qabları yığan şagirdlər onalrın bir hissəsini təkrar emala göndərdilər, bir hissəsini liseyin həyətində bitkilər əkmək və toxumlar cücərtmək üçün istifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi