Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur

“Biz bugün böyük iftixar hissi ilə deyirik  ki, Azərbaycan Respublikasının milli ordusu-respublikamızın milli təhlükəsizliyi, əhalimizin əmin-amanlığı və mühafizəsini təmin etmək üçün,  ölkəmizin sərhədlərinin  qorunması, ərazi bütövlüyünün,torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı qüvvələri vardır.”

                                         Heydər Əliyev

16 yanvar 2018-ci ildə 138 nömrəli orta məktəbin akt zalında YAP-sının  Xətai rayon Qadınlar Şurasının sədri , “Zəkalar” liseyinin direktoru Aygün Əhmədlinin “Müasir Azərbaycan ordusu və Heydər Əliyev” mövzusunda məzruzə çıxışı oldu. Mühazirəni  “Zəkalar” liseyi və 29 nömrəli məktəbin 11-ci sinif şagirdləri və pedoqoji heyətdən nümayəndələr dinlədi. Məruzəçi ilk dəfə 1918-ci ildə yaranan milli ordumuzun 100 il boyunca keçdiyi yollardan, ilk azərbaycanlı hərbi nazirlərimizdən danışdı. Aygün Əhmədli qeyd etdi: “Azərbaycançılığı, milli ənənələrimizi daim hər şeydən üstün tutan H.Əliyev   birinci  hakimiyyəti dövründə əsrin əvvəlində  Xalq Cümhuriyyətimizin süqutundan  sonra   dayanmış ordu quruculuğu prosesini yenidən bərpa etdi. Çox böyük çətinliklərə baxmayaraq,   H.Əliyevin mahir diplomatiyası, qəti və uzaqgörən siyasi bacarıqları sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı.  1992-ci ildə cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu işini tam sürətləndirdi. Ardıcıl verdiyi fərmanlarla ordumuzu regionun ən güclü ordusuna çevirdi. Layiqli davamçısı olan Ali Baş Komandanımız İlham Əliyevin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təminatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricisidir. Bugün Azərbaycan ordusu dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularıyla bir sırada dayanır.”

Daha sonra 287 nömrəli liseyin hərbi müəllimi polkovnik-leytnant, hərbi müxbir Rüstəmov İbrahim çıxış etdi. Ordumuzun qüdrətindən, iştirak etdiyi  beynəlxalq səviyyəli hərbi təlimlərdən, cəbhə xəttində döyüşlərdən xatirələri ilə bölüşən İbrahim müəllimin şəxsi təcrübəsindən gətirdiyi nümunələr dinləyicilərdə ordumuza inamı bir daha artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi