Şagirdlərimiz şəhidlərimizin məzarlarını ziyarət etdilər

16 yanvar 2018-ci ildə liseyimizin 6c sinif şagirdləri sinif rəhbərləri olan Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Nərminənin rəhbərliyi altında Şəhidlər xiyabanını ziyarət etdilər. Sinif rəhbəri  şagirdlərə xiyabanın salınması səbəbindən, xalqımızın igid oğullarının azadlıq uğrunda şücaətli savaşından danışdı. Şagirdlərdən bir neçəsi vətən sevgisilə dolu, şəhidlərin ruhunu şad edən şeirlər söylədilər. Liseyimizin yerləşdiyi küçə milli qəhrəmanımız Məzahir Rüstəmovun adını daşıyır.  Şagirdlər  dəfələrlə adını eşitdikləri, haqqında kitablar oxuduqları Məzahirin, İlqarın, Əlif Hacıyevin, Salatın Əsgərovanın məzarlarını axtarıb tapdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi