Pedoqoji şuranın növbəti iclası keçirildi

15 yanvar 2018-ci ildə liseyimizdə pedoqoji şuranın növbəti iclası keçirildi. Liseyin direktoru Aygün Əhmədli  iclası açıq elan etdi. Əvvəlcə liseyimizin son günlərdə qazandığı uğurları bir daha vurğuladı. Hər zaman pedoqoji kollektivin zəhmətini yüksək qiymətləndirən rəhbərimiz bu dəfə də bir neçə müəllimi mükafatlandırdı. "Xəmsə" milli intellektual oyununda qalib gələn müəllimlər komandamızın üzvləri M.Səxavət, A. Emin, N. Sevinc, V.Ziya və "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"ndə qalibiyyət qazanmış komandanın müəllimi B. Gülçin fəxri fərmanlarla mükafatlandırıldı. Daha sonra əvvəlcə A.Əhmədli, ardınca direktor müavini M. Vəliyev qarşıda duran məsələlərdən, I yarımilin yekunlaşdırılması üçün şagird biliklərin qiymətləndirilməsi məsələlərinin həlli yollarından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi