Pianoçumuz müsabiqədə mükafatlandırıldı

13 yanvar 2018-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçirildi. Tədbirdə ittifaqın sədr müavini Əziz Əzizov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, yarışmada məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxarmaqdır. Müsabiqədə Gürcüstan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinlənildi.“Ümid 2018” yarışmasında iştirakçılar bir neçə janrda (folklor, klassik, estrada və incəsənətin bir neçə növü – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) çıxış ediblər. Çox sevindirici haldır ki, belə böyük əhatəli yarışmadan bizə də qalibiyyət payı düşüb. Belə ki, liseyimizin 9e sinif şagirdi  Əliyev Murad pianoda ifa edərək ikinci yerin sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi