"Zəkalar"da "Açıq qapı"günü:Nəzəriyyədən təcrübəyə

Bildiyimiz kimi dekabrın 7-dən 22-dək Bakının 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə edən məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması ilə bağlı "açıq qapı" günləri keçirilir. BBTİ tərəfindən liseyimizə 11 dekabr ayrılmışdı.Liseyimizə xeyli sayda qonaq və müəllim heyəti gəlmişdi.Qonaqlar arasında BBTİ-in müdir müavini Məhəbbət Əliyeva, Lamiyə Şərəfxanova və Xətai rayonu məktəblərinin direktorları var idi. Gələn qonaqlar əvvəlcə foyedə təşkil olunmuş sərgi ilə tanış oldular. Sonra təlim otaqlarına dəvət olundular. İlk olaraq direktorların, təşkilatı işlər üzrə direktor müavinlərinin və məktəb psixoloqlarının təqdimatı başladı. Xüsusi ayrılmış otaqlarda beş dəqiq fənn və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunmuşdu. Təlimlərdən sonra müəllimlər açıq dərsləri dinləməyə dəvət olundular. Dərslər ibtidai sinif (4-cü sinif), riyaziyyat(9-cu sinif), biologiya(7-ci sinif), kimya-fizika blok dərs (10-cu sinif), fizika(11-ci sinif), informatika(8-ci sinif) fənləri üzrə uğurla keçirildi.Gələn qonaqlar həm dərsləri, həm də tədbirin təşkilini çox bəyəndilər.Uğurların bol olsun "Zəkalar"!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi