Liseyimiz iki diplomla mükafatlandırıldı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin  “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”  müsabiqəsinə yekun vurulub. Layihə Bakı şəhəri üzrə 300 təhsil müəssiəsini əhatə edib. Məqsəd şagirdlərin ekoloji maarifləndirməsini genişləndirməkdən ibarətdir. Ekoloji sərvətlərdən səmərəli istifadə, tullantıların təkrar istifadəsi, sağlam qidalanma, məktəblərin yaşıl dizaynı və s. kimi mövzularda müəllimlərə seminarlar keçirilib. Şagirdlərə bilik və bacarıqlar aşılanıb.  İki mərhələdə keçirilən müsabiqənin finalına 40 məktəb keçib. 5 nominasiya üzrə xüsusi fərqlənən 15 məktəb diplom, 40 məktəbə isə sertifikatlar təqdim edilib. Şagirdlərin ekoloji savadlanmasını daim vacib məsələ hesab edən liseyimiz də ən fəal məktəb kimi və “Yaşıl bufet” nominasiyası üzrə  dioplomla mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi