"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"ndə qalibiyyət

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 nömrəli əmrinə əsasən  9,10,11-ci sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi ”  keçirildi. I mərhələdə rayon turunda Xətai rayonunda yerləşən 35 məktəb arasında keçirilən yarışda “Zəkalar”  liseyinin  komandası birinci olaraq final mərhələsinə keçdi. Komandanın üzvləri olaraq   XI sinif şagirdi Yusifova Nazənin, X sinif şagirdi Əhmədov Kənan, IX sinif şagirdi Baxşılı Aytac  “Zəkalar” qrupu adı ilə liseyimizi  təmsil edirdilər.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərini və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri arasında müsabiqənin  final mərhələsinin I hissəsi olan təcrübə işi 14 dekabr 2017-ci ildə BMU-də yerinə yetririlfdi. Bu münasibətlə BMU-də təşkil olunmuş tədbirdə qalib məktəblər mükafatlandırılıdı. Tədbirdə BŞTİ-nin müdiri M.Vəliyeva və idarənin müvafiq struktur bölmə rəhbərləri, BMU-nun  rektoru H. Məmmədov, finala vəsiqə qazanan komandalar və KİV nümayəndələri iştirak edirdilər.

Qeyd olundu ki, müsabiqə məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin  aşkara çıxarılması məqsədilə təşkil olunub. İki günlük təcrübə işini "Zəkalar "   komandası  yüksək səviyyədə yerinə yetirərək yüksək balla qiymətləndirdi.

Final mərhələsi 22 dekabr 2017-ci il tarixində 35 nömrəli tam orta məktəbdə baş tutdu. Şagirdlər test sualları və məsələləri həll etdilər. Yekun nəticəyə görə "Zəkalar" liseyinin komandası "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"ndə I yeri  tutdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi