Həmrəylik günü qeyd edildi

27 dekabrda liseyimizin akt zalında "Bir olaq, yumruq olaq" adı altında tədbir keçirildi. Əsgərova Ofelyanın rəhbərliyi altında 3d sinif şagirdlərinin hazırladığı tədbir liseyin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər tərəfindən  izləndi. Şagirdlərin vətənpərvərlik ruhunda çıxışları könülləri oxşadı. Çox böyük səylə hazırlanmış tədbirdə səhnəciklər, "Gülüstan" poeması, rəqslər, bütün dünyada yaşayan azərbaycanlılar barədə şagirdlərin çıxışlarından təşkil olunmuş video maraqla qarşılandı. Tədbirin sonunda çıxış edən  lsieyin direktoru Aygün Əhmədli tədbiri yüksək qiymətləndirdi, iştirakçıların simasında bütün xalqımıza bu gözəl bayram münasibətilə xoş diləklərini çatdırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi