Liseyimizdə psixoloji layihə həyat keçirildi

22 sentyabr -22 dekabr tarixləri arasında məktəbimizdə psixoloji layihə   keçirildi. Layihənin mövzusu " Şagirdlərin güvəninin qazanılması və  müəllimlərin  maraqlı dərs keçməyini təmin edən psixoloji keyfiyyətlərin və davranış modellerinin formalaşdırılması "    idi. Layihədə 70-ə yaxın müəllim və məktəbin 6 -10 cu sinifləri  iştirak etdi .

Layihə 3 hissədən ibarət idi. 1-ci hissədə  şagirdlər paylanılmış blanklarda müəllimlərdə bəyəndikləri, görmək istədikləri davranış modellerini qeyd etdiler.  6 -10 sinif şagirdlərinin yazdıqları qeydlər yığıldı və təhlil edildi.

2-ci mərhələ müəllimlərlə müsahibə mərhələsi idi. Məktəbin bütün müəllim heyəti bu müsahibədə iştirak etdi. Müsahibə zamanı hər müəllimə 15 -20 dəqiqə vaxt ayrıldı.  Müəllimlərə şagirdləri ilə bağlı, eləcə də dərs keçərkən rastlaşdıqları çətinliklər barədə maraqlı ve düşündürücü suallar verildi. Toplanılmış məlumatlar analiz edildikdən sonra 3 -cü mərhələyə başlanıldı.

3-cü mərhələdə şagirdlər konkret fənlər üzrə onlara dərs keçən müəllimlerin davranış modellərini seçib qeyd etdiler.

Bütün mərhələlər üzrə əldə olunmuş məlumatlar təhlil olundu və 14 -15 dekabr 2017 -ci il tarixində müəllimlərlə seminarlar təşkil edildi. 14 dekabr tarixində 32 müəllim ,15 dekabrda isə 37 müəllim seminarda iştirak etdi. Seminarların  hər biri 1  saatı əhatə etdi. Burada müəllimlərə toplanılmış məlumatlar əsasında şagirdlərin güvənini qazanmaları ilə bağlı qiymətli tövsiyyələr verildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi