Ulu öndərin anım tədbiri keçirildi

8 dekabr 2017-ci ildə  Xətai Rayonunda xalqımızın ümümmilli lideri, ulu öndər Heydər Əlirza oğlu  Əliyevin anım mərasimi keçirildi. Xətai rayon İcra Hakimiyyəti başçısının müavini  Jalə Abdıyeva və digər məsul şəxslər,  YAP Xətai rayon Qadınlar Şurasının sədri, “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli,  məktəblilər Heydər Əliyevin heykəli önünə çiçək dəstələri düzdülər. Sonra tədbir liseyimizin akt zalında davam etdirildi. Tədbirin bədii hissəsində liseyin 1-ci siniflərindən 11-cilərə kimi hər yaşdan şagirdlər çıxışları ilə xalqımızın  əbədi liderinə sevgi və hörmətini göstərdi. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri B.Sahilə və H.Tərlan tərəfindən hazırlanmış tədbir maraqla qarşılandı. 11c sinif şagirdi Ağalı Günelin ifasında şeir, 1b və 3a sinif şagirdlərinin ifa etdikləri mahnılar, 8c sinif şagirdi Leylanın ifasında ulu öndərin sevdiyi "Küçələrə su səpmişəm" mahnısı və başqa ifalar  alqışlandı.

Tədbirin sonunda çıxış sözü ilə liseyin direktoru Aygün Əhmədli əvvəlcə gələn qonaqları salamladı, sonra Heydər Əliyev məktəbinin davamçısı olaraq  qeyd etdi:   “Klassik alman filosofu Hegel şəxsiyyət və zaman kontekstində yazdığı əsərlərinin birində deyir: “Sürətlə siyasi iflasa yaxınlaşan xalqın taleyi yalnız dahi tərəfindən xilas oluna bilər”. Dahi filosofun bu fikirləri müstəqilliyimizin ilk illərində Ulu Öndərin timsalında öz təsdiqini tapdı."

Daha sonra Xətai rayon İcra Hakimiyyəti başçısının müavini  Jalə Abdıyeva çıxış edərkən dedi:"Azərbaycanda şəxsiyyəti və fəaliyyəti çoxdan dövlət atributu, simvalika səviyyəsinə qalxmış Heydər Əliyevin Vətən sevgisindən irəli gələn ölkəsinə, xalqına sədaqətlə xidmət etmək, onun azadlığını və müstəqilliyini göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi dəyərlər təkcə siyasi elita üçün yox, bütün azərbaycanlılar üçün həyat amalına çevrilməlidir."

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi