Uşaqlarının 4-cü Ümumrespublika Forumu

20 noyabr 2017-ci il tarixində Uşaqlarının 4-cü  respublika Forumu  keçirildi.  Forumun əsas məqsədi uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, onlara öz problemlərini səsləndirmək imkanı yaratmaqdır.  Tədbir ölkə prezidentinin məktubunun oxunması ilə başlayıb.  Foruma Azərbaycanın bütün şəhər və rayonlarından 6-18 yaş arası 380 uşaq qatılıb.  Liseyimizin iki şagirdi də tədbirdə iştirak edib. Tağıyev Nurlan və Rzayeva Fidan aktiv iştirakçılardan olublar. Forum boyunca "Ətraf mühitin mühafizəsi" qrupunun sədri R. Fidan forumda çıxış edib, Səhiyyə Nazirliyinin məsul şəxslərindən olan  Elsevər Ağayevə onu maraqlandıran suallarını ünvanlayıb. Bundan əlavə Fidan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əlaqələndirmə şurasının üzvü seçilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi