Məktəb direktorları ilə növbəti görüşdə müəllimlərimiz mükafatlandırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim–tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər.  Xatırladaq ki, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 23 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”, 1 müəllim isə BŞTİ-nin “Fəxri Fərmanı” ilə təltif olunub. Tədbir zamanı  təltif olunmuş bir qrup təhsil işçilərinə mükafatlar təqdim edilib. Onların sırasında liseyimizin  ibtidai sinif müəllimi Reyhan Hacinskaya və tarix müəllimi Hikmət Abdullayev də var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi