Şagirdlərimiz "Ölkəmizi tanıyaq" layihəsindən qayıtdılar

Prezident İlham Əliyevin tövsiyəsi ilə, 2013-cü il avqustun 1-dən start götürən məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın rayonumuzda artıq səkkizinci mərhələsinə yekun vuruldu. Növbəti tur  Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə  təşkil olunmuşdu. Tur-aksiyada iştirak edən Xətai rayon məktəbliləri  noyabrın 16-19-u tarixləri arasında  adı çəkilən bölgənin  tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Hər il turlarda liseyimizin şagirdləri də  iştirak edir. Bu dəfə liseyimizi iki şagirdimiz təmsil edirdi. Dəfələrlə müxtəlif bilik yarışlarının qalibi olmuş, intellektual oyunlar komandamızın üzvləri olan 10d sinif şagirdi Səmədov Namiq və 9b sinif şagirdi Babayeva Nigar  təsadüfi deyil ki, bu turdan da kubokla qayıtdılar. Tur zamanı təşkil olunmuş “Kim?, Nə?, Harada?”  intellekual oyunda "e5" komandasının tərkibində qalib oldular. Şagirdlər layihədən çox gözəl təəssüratlar və xoş xatirələrlə qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi