Şeir və rəsm müsabiqəsində qalibiyyət

Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr Bayraq günü ilə əlaqədar Xətai rayonunda məktəblilər arasında şeir və rəsm müsabiqələri keçirildi. Liseyimizin üç şagirdi şeir müsabiqəsində iştirak edirdi. 10d sinif şagirdi Rzazadə Əbülfəz II yerə, 7a sinif şagirdi Yusifzadə Əli və 5c sinif şagirdi Şahbazlı Nuray Fərqlənmə diplomuna layiq görüldülər. Liseyin təsviri incəsənət müəllimi Q.Fərqanənin rəhbərliyi altında Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi rəsm müsabiqəsinə qatılan 8b sinif şagirdi O.Nəcibə I yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi