YAP-sının 25 illik yubileyi

24 oktyabr 2017-ci ildə 287 №li "Zəkalar" liseyində Xətai rayon YAP-sının Qadınlar şurasının Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə YAP-sının Xətai rayon şöbəsinin sədri H. Mirələmov, aparat rəhbəri M.Kərimov, Xətai rayon İcra hakimiyyətinin şöbə müdiri P.İmanov ,Qadınlar şurasının üzvləri, rayonun bir sıra təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər. Tədbiri çıxış sözü ilə YAP Xətai rayon Qadınlar şurasının sədri A.Əhmədli açıq elan edərək, partiyanın xalqımızın həyatında baş verən taleyüklü proseslərdə iştirakından söz açdı. Daha sonra da çıxış edənlərin hər biri hakim partiyanın yarandığı gündən bu günə qədərki fəaliyyətindən, nailiyyətlərindən, ölkənin ictima-siyasi həyatındakı rolundan danışdı. Tədbirdə 287 №li Zəkalar liseyinin şagirdləri şeirlər və mahnı təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi