Liseyimizin məzunları İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıdı

12 sentyabr 2017-ci ildə Xətai rayonu İH-nin ali məktəblərə qəbul imtahanlarından yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüşü keçirildi. Tədbiri İH-nin başçısı Razim Məmmədov açaraq ötən dərs ilində Xətai rayonunda yerləşən orta ümümtəhsil məktəblərinin uğurlarından danışdı, dövlət tərəfindən təhsilə olan daimi diqqəti yüksək dəyərləndiridi. Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısınını müavini Jalə Abdıyeva, şöbə müdiri Pənah İmanov, liseyimizin direktoru, YAP Xətai rayon qadınlar şurasının sədri Aygün Əhmədli, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova və başqaları çıxış etdilər. Liseyimizin həm 9-cu sinif şagirdlərinin, həm də məzunlarının imtahanlarda göstərdiyi yüksək nəticələr xüsusilə qeyd olundu, uğurlarımız bir daha alqışlandı. Liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Nərminə fəxri fərmanla, lisyeimizin 8 məzunu qiymətli hədiyyələrlə, 700 bal toplayaraq AzTibbU-nin tələbəsi adı qazanmış qızıl medalçımız Yusifov Nemət noutbukla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi