İstedadlar sorağında

12 may 2017-ci ildə liseyimizin akt zalında "İstedadlar sorağında" adlı tədbir keçirildi. Tədbirin məqsədi liseyin musiqiyə və incəsənətə marağı olan şagirdlərini üzə çıxarmaq idi. Tədbiri təşkil edən liseyin musiqi müəllimi Manafova Aynurə rəqslərə və kompazisiyalara maraqlı quruluş vermişdi. Şagirdlərin ardıcıl olaraq təqdim etdikləri şeirlər, mahnılar, rəqslər və musiqi alətlərində ifalar könülləri oxşadı. Xüsusilə Bağırlı Muradın pianoda ifası, Tağıyeva Nilufərin ifasında "Turacı" və Səkinənin ifasında "Tərəkəmə" rəqsi, 6 və 7-ci sinif qızları ifasında "Odlar yurdu" kompazisiyası, 6-cıların ifasında mahnı, 8, 9 və 10-cu siniflərin bir qrup şagirdinin ifasında "Sarı gəlin", vals gur alqışlarla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi