2017-ci il abituriyentlərimizdən biri 700 bal topladı

Məlum olduğu kimi yeni yaradılmış Dövlət İmtahan Nəzarəti Mərkəzi bu ildən etibarən ali məktəbə qəbul qaydalarını dəyişdi. Beləki, qəbul iki mərhələdə keçiriləcək. Yazda keçirilən imtahanlar artıq bitib. 30 aprel və 7 mayda keçirilən imtahanlarda iştirak edən abituriyentlərin imtahan nəticələri elan olunub. Həmişə öndə olan liseyimizin şagirdləri yenə öz sözlərini dedilər. Abituriyentlər əksəriyyətinin nəticəsi yüksəkdir, onlardan 10 nəfər 600-dən yüksək bal toplayıb. Xüsusilə fərqlənənlər də var. I ixtisas qrupu üzrə Bağırov Ömər(11d) 690 bal , II ixtisas qrupu üzrə Səfərov Rauf(11a) və I ixtisas qrupu üzrə Əliyev Azər(11d) 695 bal, IV ixtisas qrupu üzrə Yusifov Nemət (11d) 700 bal topladı. Qeyd edək ki, bu şagirdlərimiz liseyimizdə təhsil aldıqarı müddətdə dəfələrlə həm intellektual oyunlarda, həm də respublika səviyyəli müxtəlif bilik yarışmalarında medal və kuboklarla təltif olunublar. Uğurlarının davamını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi