Balaca cüdoçumuz

Liseyimizdə şagirdlərin dərsdənkənar fəaliyyəti həmişə diqqət mərkəzindədir. Balaca idmançılarımızın uğurları barədə sizlərə mütəmadi məlumatlar çatdırırıq. Növbəti kiçik idmançımız 4d isnif şagirdi Rəhimli Emildir. Emil kiçik yaşlarından idmana, xüsusilə də cüdoya maraq göstərib. Dərslərindən sonra boş zamanlarını həvəslə cüdoya həsr edir. Ölkə daxilində dəfələrlə müxtəlif yarışların qalibi olan Emil, sonuncu dəfə klublararası açıq birinciliyin qızıl medalını qazanıb. Emilin ən böyük arzusu beynəlxalq arenalarda himnimizi səsləndirməkdir. Uğurları bol olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi