Zərifə Əliyeva xatirəsinə Xətai rayon YAP-sında tədbir

28 aprel 2017-ci ildə Xətai rayon YAP binasında zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xətai rayon İH nümayəndələri, Xətai rayon YAP-sının sədri, millət vəkili prof.Hüseynbala Mirələmov, Xətai rayon İH başçısının müavini Jalə Abdiyeva da iştirak edirdi. Tədbirdə YAP-ın yeni üzvlərinə vəsiqələr təqdim edildi, 287 №li "Zəkalar" liseyinin şagirdləri tərəfindən bədii hissə göstərildi. Tədbir zamanı liseyin uğurları xüsusilə qeyd edildi, ötən ilin qəbul nəticələrinə görə respublikanın ən yaxşı məktəbləri siyahısında olması vurğulandı. Liseyin direktoru Aygün Əhmədli başda olmaqla, 10 ildən artıqdır rəhbərlik etdiyi təhsil müəssisəsinin kollektivinin ünvanına təbriklər göndərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi