"Ən yaxşı dərs" layihəsindən musiqi dərsi nümunəsi

21 aprel 2017-ci ildə liseyimizdə "Ən yaxşı dərs" layihəsi reallaşdı. Tədbirdə 10 açıq dərs dinləndi. Onlardan biri 2a sinfində ibtidai sinif müəllimi Hacinskaya Reyhan Əkbər qızının verdiyi musiqi dərsi idi. Dərs "Ladlar: major və minor" mövzusu üzrə qurulmuşdu. Dərsi dinləyən ekspertlərdən biri musiqi müəllimi, Bakı Baş Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Həşimova Kəmalədir. Onun qeydlərini sizlərə də təqdim edirik: "Dərs fəal təlimə uyğun qurulmuşdu, interaktiv təlimin bütün mərhələlərini əhatə edirdi. Motivasiyadan qiymətləndirməyə qədər mərhələrin hamısı düzgün yerinə yetirildi. Tədqiqat sualı açıq tipli təyin olunmuşdu. Təyinatı üzrə şagirdlər qruplara bölündü. Qrup işlərində verilən tapşırıqlar təlim nəticəsinə uyğun seçilmişdi. Yaradıcı tətbiqetmə mərhələsində uşaqlar "Bakı metrosu" mahnısını oxudular. Yeni dərs quruluşuna aid olan fəal dərsin 4 əsas mexanizminə əməl olundu. Həm fəndaxili, həm də fənlərarası (texnologiya, Azərbaycan dili, həyat bilgisi) inteqrasiya vardı. Sonda müəllim dərs üçün seçdiyi alt standarları reallaşdıra bildi. Ev tapşırığı olaraq şagirdlərə hər hansı metro stansiyası haqda kiçik esse, şəkil və ya təqdimat hazırlamaq tapşırıldı."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi