Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə, paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış ediblər. Liseyimizi təmsil edən şagirdlər dahi bəstəkarımız Üzeyir Hacbəyovun obrazını yaradıb və "Arşın mal alan " operettasından səhnəcik təqdim ediblər.Uşaqların çıxışı maraqla izlənib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi