"Ən yaxşı dərs" layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində yaradılmış Təlimə Dəstək Mərkəzi bu ilin aprel ayından başlayaraq Bakı şəhərində yerləşən təhsil müəssisələrində "Ən yaxşı dərs" layihəsi həyata keçirir. Məqsəd uğurlu nəticələr əldə etmiş məktəblərin ibtidai sinif və fənn müəllimlərinin qabaqcıl iş təcrübəsinin izlənməsi və təbliğidir. Bu layihə liseymizdə 21 aprel 2017-ci il tarixində reallaşdı. Mərkəzdən liseyimizə gələn metodist və mütəxəssislərə liseyimizin müəllimləri tətəfindən 10 dərs təqdim edildi. Əsgərova Aygün 1a və Atakişiyeva Məshəti 4a siniflərində həyat bilgisi , Məmmədova Maral 1b sinfində riyaziyyat, Salahova Səadət 1d sinifində təsviri incəsənət, Hacinskaya Reyhan 2a və Nəcəfova sevinc 4b siniflərində musiqi, Əsgərova Ofelya 2d və Hüseynova Bəyim 4c siniflərində texnologiya, Sülüymanova Fatimə 2c sinifində ingilis dili , İsmayılova Zibər 3a sinifində informatika fənnindən açıq dərs keçdilər. Dərslərin izlənməsindən sonra dəyirmi masa ətrafında liseyin rəhbərliyi, dərsləri dinlənən müəllimlər və mütəxəssislər tərəfindən dərslər təhlili keçirildi. Müzakirələr həm müəllimlər, həm də qonaqlar üçün səmərəli diskusiya şəklində keçdi. Liseyin rəhbəri də bu faydalı layihənin vacibliyini vurğuladı, görülən işləri dəstəklədiyini qeyd etdi. Həm müəllimlərə, həm də yeni qurumun mütəxəssislərinə təhsilimiz naminə gördükləri gözəl işlərdə uğularının davamını dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi