Son zəng – 2025

İyunun 14-də Xətai rayonu 287 nömrəli Zəkalar liseyində “Son zəng” tədbiri keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, lisey rəhbərliyi, sabiq məzunlar, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Liseyin direktoru Aygün Əhmədli tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor öz çıxışında Zəkalar liseyinin yerli və beynəlxalq olimpiadalardakı nailiyyətlərindən bəhs edib, uğurları ilə seçilən müəllim və şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Rəsmi çıxışlardan sonra tədbir öz bədii hissəsi ilə davam edib. Liseyin valideyni Çilənay Hüseynovanın ifasında səslənən “Ey Vətən” mahnısı tədbirə xüsusi rəng qatıb. Həmçinin, Qazi Gülgəzov Aşır, Xətai RİH nümayəndəsi Etibar Əhmədov və valideyn Elman Əsədovun çıxışları alqışlarla qarşılanıb.

Bədii hissədə 11e sinifin ifasında "Çəngi" rəqsi ilə başlanan proqramda müxtəlif siniflərin təqdimatında D.Şostakoviçin “Vals”ı, “Naxçıvani”, “Mazoli”, S.Ələkbərovanın “Getmə gəl”, “Ala gözlüm”, “Şalaxo”, “Zəfər”“Qarabağ kompozisiyası kimi müxtəlif rəqs nömrələri təqdim olunub.

Liseyin “Bilik açarı” ənənəsinə uyğun olaraq simvolik açarı 11-ci sinif şagirdləri Murad İslam, Elcan Əsədli, Qurban Cəbili, Nemət Məmmədli, Nihad İsmayılov tərəfindən 10-cu sinif şagirdləri  Ayan İslamAyxan Abdullayevə təhvil verib.

Və... nəhayət Son zəng çalındı!

Əziz məzunlarımız, hər zaman zirvələrdə olan Zəkalarla başlayan yolunuz sizi daha da ucalara aparsın!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi