Zəka 2025

28 May tarixində Müstəqillik gününə və Zəkalar Liseyinin yaradıcısı Əməkdar müəllim Rafil İmanovun xatirəsinə həsr olunmuş “Zəka” bilik yarışı keçirildi. Tədbirin məqsədi Müstəqillik Gününün əhəmiyyətini, vətənpərvərlik ruhunu özündə əks etdirən Müstəqil Azərbaycanın gələcəyi olan istedadlı şagirdlərin aşkar edilməsini təmin etmək idi.

Tədbirdə Zəkalar Liseyinin direktoru Aygün xanım Əhmədli, Xətai rayonunun seçilmiş riyaziyyat müəllimləri, 2005-ci ildən başlayaraq həmin yarışda yüksək nəticə ilə fərqlənən istedadlı məzunlar və Rafil müəllimi sevənlər çıxış edərək bu günlə bağlı öz fikirlərini, tövsiyələrini dilə gətirdilər.

Ənənəvi olaraq 28 May – Müstəqillik Günündə bu yarışın hazırlanması, keçirilməsi, həmçinin lisey məzunlarının tədbirə cəlb olunması həmin istedadlı məzunların öhdəsində idi. Yarışın təşkilində Azər Səmədov, Qosqar Qədimbəyli və s. kimi öz bilik və bacarığı ilə hər zaman seçilən məzunların xüsusi rolu oldu.

Yarışda təkcə Zəkalar liseyinin deyil, bir çox Bakı məktəblərinin şagirdləri də fəal iştirak etdi.

Tədbir boyu məzunların aktivliyi , şagirdlərin ifasında səslənən mahnılara və rəqslərə xüsusi rəng qatdı. Yarışın sonunda qalib gələn şagirdlər hədiyyələrlə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi