287 nömrəli “Zəkalar” liseyində İnternet mövzusunda nümunəvi informatika dərsi keçirildi

Liseyin informatika müəllimi Ceyran Əhmədova tərəfindən 8c sinifində “Kompüter şəbəkələri” mövzusunda nümunəvi dərs keçirilib.
Dərs zamanı şagirdlərə İnternetin əsas xidmətləri, o cümlədən şəbəkə topologiyaları haqqında ətraflı məlumat verilib. Müəllim, şagirdlərin bu xidmətlərdən gündəlik həyatlarında necə istifadə etdiklərini müzakirə edərək, onların praktiki biliklərini artırmağa çalışıb.
Dərsin interaktiv hissəsində şagirdlər qruplar şəklində bölünərək, müxtəlif İnternet xidmətləri ilə bağlı təqdimatlar hazırlayıb və sinif yoldaşlarına təqdim ediblər. Bu fəaliyyət, onların həm texniki biliklərini, həm də təqdimat bacarıqlarını inkişaf etdirməyə yönəlib.