Mahmudzadə Yunis "Zəkaların mübarizəsi" olimpiadasında III yerin qalibi oldu

2024–2025-ci tədris ilində ilk dəfə keçirilən və böyük maraqla qarşılanan Şahmat istiqaməti üzrə "Zəkaların mübarizəsi" olimpiadası ölkənin müxtəlif bölgələrindən gəlmiş intellektual gəncləri bir araya topladı. Bu nüfuzlu yarışda Xətai rayonu komandasının tərkibində iştirak edən IX sinif şagirdi Mahmudzadə Yunis parlaq bilik və bacarığı ilə seçilərək III yerin qalibi oldu.Məktəb rəhbərliyi və müəllim kollektivi adından Mahmudzadə Yunisi təbrik edir, ona gələcək bilik yarışlarında və şəxsi inkişaf yolunda uğurlar arzulayırıq.