"Gənc Zəka" Yaradıcılıq və İnnovasiya Müsabiqəsi uğurla başa çatdı

14 may 2025-ci il tarixində “Gənc Zəka” Yaradıcılıq və İnnovasiya Müsabiqəsi uğurla keçirildi. Liseyin fizika müəllimi Gülçın Baxşıyevanın təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə 70-dən çox iş təqdim edildi. Səhər saat 08:00-dan etibarən start götürən tədbirdə şagirdlər öz layihələrini təqdim etdilər və münsiflər heyəti tərəfindən qiymətləndirildilər. Müsabiqə 13:00-a qədər davam etdi.
Şagirdlərin təqdimatları dərs bölgüsünə əsasən aşağıdakı fənlər üzrə təşkil olunmuşdu:
• İbtidai siniflər, Biologiya
• Kimya, Tibb
• Ekologiya, Psixologiya, Coğrafiya
• Fizika, Riyaziyyat, İnformatika, STEAM
• Ədəbiyyat, Tarix, İngilis dili
• Sosial fənlər, İdman
Sərgi bütün ziyarətçilər üçün açıq olmuş və geniş maraqla qarşılanmışdır. Tədbirdə yaradıcı fikirlər və innovativ yanaşmalarla seçilən layihələr diqqət mərkəzində olub.