Zəkalar Liseyindən beynəlxalq kosmik təcrübəyə addım!

Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya Milli peyk müsabiqəsi iştirakçıları üçün maraqlı bir gün təşkil etdi.
Hazırda ölkəmizdə Braziliya Kosmik Agentliyinin və IDEIA şirkətinin 5 mühəndis və ekspert heyəti qonaqdır. Bu nadir fürsətdən yararlanaraq məktəblilərimiz üçün təşkil olunan masterklasslara liseyimizin 14 şagirdi və müəllimləri – İslamova Könül və Baxşıyeva Gülçin də qatıldı.
Tədbirin keçirildiyi KOSMİK Akademiya (Landmark III Biznes Mərkəzi, I mərtəbə) məktəblilər üçün həm elmi baxımdan zəngin, həm də ruhlandırıcı bir təcrübə məkanına çevrildi. Komandamız tədbirdən yüksək motivasiya və unudulmaz təəssüratlarla ayrıldı.